Azərbaycanlı yazıçı vəfat edib

azerbaycanli-yazici-vefat-edib
Oxunma sayı: 3409


Diasporla iş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, 20 ildən çoxdur Niderland Krallığında yaşayan Azərbaycan diasporunun fəal nümayəndəsi, yazıçı Gülşən Lətif qızı Kazımova-Atəş vəfat edib. Neçə vaxtdır ağır xəstəlikdən əziyyət çəkən Gülşən Kazımova-Atəş bu gecə Haaqa şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Yanvarın 12-də mərhumla vida mərasimi təşkil olunacaq, daha sonra onun nəşi Azərbaycana gətirilərək Bakıda dəfn ediləcək.

1961-ci il noyabrın 8-də Bakı şəhərində anadan olan Gülşən Kazımova-Atəş Azərbaycan Yazıcılar Birliyinin və Niderland Yazıcılar İttifaqının üzvü idi. Hollandiyada tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı ölkə ictimaiyyəti və mətbuatında tanınırdı. Gülşən Kazımova-Atəş 2006-cı ildə Niderlandda nəşr edilmiş "Nəslimizin qızları" adlı kitabına görə 2009-cu ildə Rusiyada keçirilən ədəbiyyat müsabiqəsində ilk yeri qazanmışdı.

Allah rəhmət etsin!