Azərbaycanlı yumorist Moskvada həbs edilib

azerbaycanli-yumorist-moskvada-hebs-edilib
Oxunma sayı: 3006

Moskvanın Taqan rayon məhkəməsi azərbaycanlı məşhur yumorist İdrak Mirzəlizadənin həbs olunması ilə bağlı qərar qəbul edib.

“Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə məlumatı vəkil Sergey Badamşin açıqlayıb. Qeyd olunur ki, İ.Mirzəlizadə çıxışında ruslarla bağlı etdiyi zarafata görə 10 sutkalıq həbs edilib. 

İdrak Mirzəlizadə öz növbəsində məsələ ilə bağlı məyus olduğunu qeyd edib və əlavə edib ki, onun səsləndirdiyi zarafatlar ksenofobiya xarakteri daşımayıb. 

Qeyd edək ki, iyun ayının sonlarında İ. Mirzəlizadəyə Moskva şəhərində döyülüb. Yumorist bu hücumun səbəbini onun “Разгоны” verilişində səsləndirdiyi zarafatlarla bağlı olduğunu əlaqəlandirib. Veriliş yayımlandıqdan sonra müxtəlif KİV də yumoristi tənqid etməyə başlayıb. Mirzəlizadə isə bütün bu tənqidlərə cavab olaraq bildirib ki, cümlələr verilişin məzmunundan kəsilib və bu səbəbdən də tamaşaçılar onu düzgün anlamayıb.