Azərbaycanlılar 3 şəhərdən təxliyyə edildi, hamısı karantinə salındı

azerbaycanlilar-3-seherden-texliyye-edildi-hamisi-karantine-salindi
Oxunma sayı: 5257

AZAL aviaşirkəti tərəfindən aprelin 3-də İstanbuldan Bakıya yerinə yetirilmiş çarter reysilə 106 nəfər  Azərbaycan vətəndaşı gətirilib. 

“Azərbaycan Hava Yolları” QSC-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, eyni zamanda, bu gün səhər saatlarında "Azərbaycan Hava Yolları" aviaşirkətinin təyyarəsi ilə 69 sərnişinlə Londondan Bakıya reys həyata keçirilib.

Bundan əlavə, dünən axşam Moskva şəhərindən (Vnukovo hava limanı) uçuş yerinə yetirən AZAL aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda enib. Təyyarədə 123 sərnişin olub.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.