“Azərbaycanlılar Ağdamı Londona çevirməyi planlaşdırır” - Məşhur rus bloqer

“Azərbaycanlılar Ağdamı Londona çevirməyi planlaşdırır”
Oxunma sayı: 3901

Məşhur rusiyalı bloqer Artemi Lebedev Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram səhifəsində bildirib.

Ağdamdan fotolar paylaşan bloqer bunları yazıb:

“Azərbaycanlılar ruh şəhəri Londona çevirməyi planlaşdırırlar. Bir yerdə ərazi minalardan təmizlənir, digər yerdə artıq tikinti kranı dayanıb”.

A.Lebedev, həmçinin ərazilərin minalardan təmizlənmə işlərini əks etdirən kadrlar bölüşüb.

Bundan başqa, bloqer Füzuliyə ilk sınaq kommersiya uçuşundan yazıb.

“Burada artıq yeni aeroport tikməyi çatdırıblar”, - o, təəccüblənib.

Daha sonra Şuşaya gedən A. Lebedev burada 11 il əvvəl olduğunu xatırlayıb:

“Bu gün bu, (Şuşa-red.) müharibədən sonrakı şəhərdir”.

Xatırladaq ki, Artemi Lebedev 2010-cu ilin iyul ayında Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Azərbaycan Respublikasının “Dövlət Sərhədi haqqında” qanununu pozmuş və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunmuş “arzuolunmaz şəxslər” siyahısına daxil edilmişdi. O, 2015-ci ildə adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycana yazılı şəkildə müraciət etmiş və müraciəti müvafiq qaydada baxıldıqdan sonra onun adı “qara siyahı”dan çıxarılmışdı.