Azərbaycanlılar “Bələdiyyə günü”ndə- - Osloda

azerbaycanlilar-belediyye-gununde-
Oxunma sayı: 975


Diasporla İş üzrə Dövlət Komitəsindən "Qafqazinfo"ya daxil olan məlumata görə, hər il minlərlə ziyarətçinin iştirak etdiyi tədbir Oslonun mərkəzi rayonlarından biri hesab olunan Saqene bələdiyyəsinin ən fəal siyasi, ictimai, mədəni təşkilatları ilə görüşmək, əlaqələr qurmaq baxımından çox böyük əhəmiyyətə malikdir. “Bələdiyyə günü”ndə Saqenedə fəaliyyət göstərən Norveçin bütün siyasi partiyalarının nümayəndələrinə, bu ilin sentyabr ayında keçiriləcək bələdiyyə seçkilərində namizədliyini irəli sürmüş siyasətçilərə və rayon administrasiyasının təmsilçilərinə Azərbaycan həqiqətləri barədə geniş məlumat verilib.

“Bələdiyyə günü”ndə informasiya baxımından digərilərindən fərqlənən NAYO-nun stendində Azərbaycan həqiqətlərini əks etdirən kitablar, jurnallar, həmçinin suvenirlər, xalçalar nümayiş etdirilib.