“Azərbaycanlılar bütün tarixi torpaqlara qayıtmalıdır” – - İlham Əliyev

azerbaycanlilar-butun-tarixi-torpaqlara-qayitmalidir-
Oxunma sayı: 1387



“Bu gün Ermənistan xarici yardım olmadan yaşaya bilmir. Nəinki inkişaf edə, yaşaya bilmir. Özləri, ən yüksək vəzifəli şəxslər açıq etiraf edirlər ki, biz xarici yardımsız yaşaya bilməyəcəyik. Nəyə görə? Çünki işğalçı siyasət onları bu vəziyyətə salıbdır”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri prezident İlham Əliyev deyib. O, bildirib ki, ermənistandan fərqli olaraq Azərbaycan bu işğala, çətinliklərə baxmayaraq, son 20 il ərzində müstəqil dövlət kimi görün nə qədər inkişaf edibdir və inkişaf hələ daha da sürətlə davam edəcək: “Ona görə, ərazi bütövlüyümüzün bərpası məsələsi mütləq həll ediləcəkdir. Heç kimdə bu barədə şübhə olmasın. Eyni zamanda, mən bu barədə demişəm və bir daha demək istəyirəm ki, gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlara qayıtmalıdırlar. Bizim tarixi torpaqlarımız Dağlıq Qarabağ və ətraf bölgələrlə məhdudlaşmır. O qədər də uzaq olmayan tarixə, XIX əsrin statistikasına baxsaq görərik ki, azərbaycanlıların yaşadıqları ərazi çox böyük olmuşdur. İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır. Ona görə, gələcəkdə biz bütün tarixi torpaqlara qayıdacağıq. Bunu gənclər də, uşaqlar da bilsinlər. Biz bu amalla yaşamalıyıq, yaşayırıq, yaşayacağıq.

Bilirsiniz ki, 20 ildən artıq işğal çox ağrılıdır, ədalətsizlikdir, insanlara əzab verir, əlbəttə, ölkənin inkişafına böyük maneədir. Ancaq 20 il tarix üçün o qədər də böyük vaxt deyildir. Biz gələcəyə baxmalıyıq, 20 ildən, 30 ildən, 50 ildən sonra necə olacaq, Azərbaycan necə inkişaf edəcəkdir?! Əminəm ki, biz o qədər də uzaq olmayan gələcəkdə bütün tarixi torpaqlara qayıdacağıq. O zaman tarixi ədalət tam şəkildə bərpa ediləcəkdir. Birinci mərhələdə işğal edilmiş torpaqlar boşaldılmalıdır. Dağlıq Qarabağda, ondan sonra bütün başqa yerlərdə azərbaycanlılar yaşayacaqlar. Biz hamımız çalışmalıyıq ki, bu günü yaxınlaşdıraq”.