Rusiyada polis polkovniki və ailəsinin qətlə yetirildiyi dəhşətli cinayətin təfərrüatları məlum olub.
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, cinayəti törədən 3 azərbaycanlı və təşkilatçı tacikin istintaqa verdiyi ifadələrdən məlum olub ki, onlar Qoşt ailəsini təsadüfən seçiblər.
Belə ki, “iş” üçün İslam Babayev, Orxan Zöhrabov, Roman Fətəliyev və Məhəmmədəli Əhmədov səhər tezdən yola düşüblər. Fətəliyev bildirib ki, qətl əvvəlcədən planlaşdırılmamışdı. Onlar iki ev arasında seçim ediblər: Qoştun evi və ona əks istiqamətdəki ev. Qonşunun evində çoxlu müşahidə kamerası olduğu və işıq yanılı vəziyyətdə olduğu üçün cinayətkarlar bu səbəbdən işığı 1 saatdır sönmüş vəziyyətdə olan Qoşt ailəsinin evini seçiblər.

Evə daxil olan dəstə əvvəlcə birinci mərtəbədə yatan Qoştun valideynlərini, daha sonra səsə oyanan polkovnik və arvadını başlarından dəfələrlə vuraraq öldürüblər. Bu zaman digərləri Roman və Orxan isə evdəki qiymətli əşyaları axtarıblar.
Daha sonra ikinci mərtəbəyə qalxan Əhmədov və Babayev orada yatan Qoştun qardaşı arvadını, 7 yaşlı qızlarını və digər qardaşı qızını döyərək qətlə yetiriblər. Dəstə üzvləri müşahidə kamerasını da götürərək evi tərk ediblər. Romanın sözlərinə görə, evdən çıxarkən Qoştun arvadı hələ də sağ idi, xırıldayırdı. Məhəmmədəli geri qayıdaraq onun da "işini bitirir".
Ulyanovsk istiqamətində yola düşən dəstə Böyük Tişerek çayı ətrafında maşını saxladaraq qəniməti bölüşüblər.
Qoştun hesab kartından pul çıxarmaq istəsələr də pin kodu bilmədikləri üçün bu mümkün olmur.
Cinayətkar dəstənin ümumi qəniməti isə iki telefon, planşet və 900 rubl olub. Onları gözləyən minimum həbs isə 25 ildir. Roman 25 il, digərləri isə ömürlük azadlıqdan məhrum edilə bilər.
Son xəbərlər
Son Xəbərlər