Azərbaycanlılar Rusiyada qəzaya düşdü - 1 ölü, 3 nəfərin vəziyyəti ağırdır

azerbaycanlilar-rusiyada-qezaya-dusdu
Oxunma sayı: 2915

Rusiyada qəzaya düşən azərbaycanlılardan biri ölüb. "Qafqazinfo" xəbər verir ki, Xəlilov Ramin bu gün dünyasını dəyişib.

O, Əbilov Bəxtiyar, Xəlilov Zamiq və Salayev Maislə bərabər martın 11-i qəzaya düşmüşdü.

Sözügedən 3 həmyerlimiz hazırda reanimasiyadadır. 

Qeyd edək ki, ölən və xəsarət alanların hamısı Lənkəranın Türkəkəran kəndindəndir.