Azərbaycanlılar Rusiyada qız qaçırdıqlarına görə həbs olundular

azerbaycanlilar-rusiyada-qiz-qacirdiqlarina-gore-hebs-olundular
Oxunma sayı: 1426


Rusiyanın Nijniy Taqil şəhərində qız qaçıran azərbaycanlılar saxlanılıb. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, üç nəfər azərbaycanlı 17 yaşlı şəhər sakinini zorla avtomobilə qoyaraq onu naməlum istiqamətə aparıblar. Qızının yoxa çıxması ilə bağlı anası polisə məlumat verəndən yarım saat sonra azərbaycanlılar saxlanılıb. Onların ikisi 1989, biri isə 1994-cü il təvəllüdlü olublar. 

Qız valideynlərinə təslim edildikdən sonra azərbaycanlılar polis bölməsinə aparılıblar. Onlar bu hərəkətlərini dostlarından birinin onunla evlənmək istəməsi ilə izah ediblər. 

Lakin Rusiya qanunveririciliyə görə bu davranış “yetkinlik yaşına çatmayan şəxsin qrup tərəfindən qaçırılmasına cəhd” kimi dəyərləndiiyindən onlar barəsində cinayət işi açıla bilər.