Azərbaycanlılar yaşayan kənddə məktəbli uşaq dünyaya gətirib

azerbaycanlilar-yasayan-kendde-mektebli-usaq-dunyaya-getirib
Oxunma sayı: 2879

Gürcüstanın azərbaycanlılar yaşayan Laqodexi rayonunun Qabal kəndində məktəblərin birinin 11-ci sinif şagirdi uşaq dünyaya gətirib.

"Qafqazinfo" Gürcüstan KİV-nə istinadən xəbər verir ki, 16 yaşlı məktəbli qız sinifdə özünü pis hiss edib və məktəbə təcili tibbi yardım çağırılıb.

Qızın hamilə olduğu müəyyən olunub və xəstəxanaya çatdırılandan bir neçə saat sonra o, uşaq dünyaya gətirib.

Müəllimlərin bildirdiyinə görə, məktəbli hamilə olduğunu bilməyib. Yeniyetmənin ötən ilin sentyabrında qonşusu və qohumu, 40 yaşlı kişi tərəfindən zorlandığı məlum olub.

Daxili İşlər Nazirliyi Qabal kəndində yeniyetmənin uşaq dünyaya gətirməsi faktını təsdiq edib. Faktla bağlı istintaq başlayıb.