Azərbaycanlıları güllələyən ermənilərlə bağlı - Rəsmi açıqlama

azerbaycanlilari-gulleleyen-ermenilerle-bagli-
Oxunma sayı: 5068

Ukrayna Daxili İşlər Nazirliyi Lvov şəhərində ermənilərin azərbaycanlılara hücumuna rəsmi reaksiya verib.

“Qafqazinfo”nun Ans press-ə istinadən məlumatına görə, bu barədə Ukrayna DİN rəsmi açıqlama yayıb. Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işinin açıldığını qeyd edib.

“Əcnəbilərin arasında altı nəfərin yaralanması ilə nəticələnən kütləvi dava faktı üzrə cinayət işi açılıb. Lvov qanun qoruyucuları "dələduzluq" maddəsi üzrə cinayət işinə başlayıb. Bu gün təxminən saat 16:00 102 operativ xəttə Lvov küçələrindən birində kafenin yanında baş verən kütləvi dava haqqında xəbər daxil olub. Hadisə yerinə dərhal qanun qoruyucuları gedib. Dava nəticəsində altı nəfərin zədələnməsi bəlli olub. Davada 25-45 yaşda təxminən iyirmi nəfər iştirak edib. Onlar dava zamanı həmçinin travmatik silah tətbiq ediblər. Kafenin yanında polislərin gəlişinə qədər yalnız yaralılar qalıb. Dava iştirakçıları hadisə yerindən avtomobillə qaçaraq gizlənməyə vaxt tapıblar. Davanın iştirakçılarının şəxsiyyətləri və həmçinin onların tutulması üçün araşdırmalar davam edir”, - xəbərdə deyilir.

Xatırladaq ki, Ukraynanın Lvov şəhərində Kunq fu və Uşu üzrə Avropa çempionatı zamanı ermənilərlə azərbaycanlılar arasında baş verən davadan sonra vəziyyət bu gün yenidən gərginləşib.