“Qafqazinfo” ans-ə istinadən xəbər verir ki, ekipaj üzvü olan motorist Dmitri Dmitriyeviç açıqlamasında gəminin öz göyərtəsinə həddindən artıq balıq yüklədikdən sonra əyilməyə başladığını deyib.
“Əyilən gəminin müvazinətini tənzimləmək üçün heç nəyimiz yox idi. Gəmi isə əyilməyə davam edirdi. Havanın da küləkli olması onun çevrilərək batmasına təkan verdi”, - deyə xilas olan ekipaj üzvü bilidirib.
Aprelin 2-də Oxot dənizində “Dalniy Vostok” gəmisinin batması nəticəsində 56 nəfər ölmüşdü. Hadisənin səbəbləri araşdırılır.
“Dalniy Vostok” trauler gəmisində həmçinin 7 azərbaycanlının olduğu deyilir. Bildirilir ki, azərbaycanlılardan 3-ü xilas olunub, 4 nəfər isə itkin düşüb.
Son xəbərlər
Son Xəbərlər