Azərbaycanlının doğranmış meyiti tapıldı- - Rostovda+Video

azerbaycanlinin-dogranmis-meyiti-tapildi-
Oxunma sayı: 4153


“Qafqazinfo”nun vesti.az-a istinadən verdiyi məlumata görə, hadisə Rostov vilayətinin QRES deyilən ərazisində qeydə alınıb. Tapılan iri çemodanın içərisində doğranmış insan bədəninin hissələri olub. Məlum olub ki, vəhşicəsinə qətlə yetirilmiş şəxs kişidir. Öldürülən şəxs bir müddət öncə həbsxanadan çıxan və Rostov vilayətinin Şaxtax qəsəbəsində yaşayan 46 yaşlı Tağıyev Nail Cabir oğludur. Onun təxminən bir ay  əvvəl qətlə yetirildiyi qeyd olunub. 

Azərbaycanlının bu cür amansızlıqla öldürülməsinin səbəbi hələlik məlum deyil. Araşdırma aparılır.