Azərbaycanlının obyektindəki faciəyə görə matəm- - Sərəncam

azerbaycanlinin-obyektindeki-facieye-gore-matem-
Oxunma sayı: 2977


“Qafqazinfo” “Moskovskiy komsomolets”ə istinadən xəbər verir ki, Tatarıstan prezidenti Rüstəm Minnixanovun sərəncamına əsasən, sabah -martın 14-də bütün ölkədə faciə ilə bağlı matəm olacaq. 

Qərara görə, ölkə ərazisində dövlət bayraqları endiriləcək, əyləncəli proqramlar ləğv olunacaq, televiziya verilişlərində dəyişiklik ediləcək.

Xatırladaq ki, martın 11-də baş vermiş güclü yanğın nəticəsində ticarət mərkəzinin bir hissəsi dağılıb. Hadisədə 15 nəfər ölüb, 50 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti alıb. 17 nəfər isə hələ də dağıntılar altında itkin hesab olunur. 

Qeyd edək ki, “Admiral” azərbaycanlı iş adamı Hüseyn Qəhrəmanova məxsus olub. Onun barəsində artıq 2 aylıq həbs-qətimkan tədbiri seçilib.