Azərbaycanlıya Dünya Bankında yüksək vəzifə verildi

azerbaycanliya-dunya-bankinda-yuksek-vezife-verildi
Oxunma sayı: 3887

Samir Suleymanov Dünya Bankının strateji başçısı təyin olunub.

“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, ilk dəfədir ki, azərbaycanlı Dünya Bankında belə yüksək vəzifəyə təyin olunur.

39 yaşlı Samir Suleymanov 1996-cı ildən Dünya Bankında çalışır. O, Corctaun Universitetinin məzunudur. 1993-cü ildə Vaşınqtona köçüb.

Daha əvvəl Suleymanov Dünya Bankının administrasiyasının daxili siyasət idarəsinin rəhbəri vəzifəsində çalışıb.

Evlidir, 3 övladı var.