“Azerçay”dan qəhramanlarımıza həsr olunmuş layihə - Video

azercaydan-qehramanlarimiza-hesr-olunmus-layihe
Oxunma sayı: 1961

Ölkəmizin ilk milli çay markası olan “Azerçay” Vətənə olan bağlılığını nümayiş etdirərək qəhramanlarımıza həsr olunmuş layihələr reallaşdırmağa davam edir. Belə ki, dünyanın müxtəlif ölkələrində sevilərək içilən ”Azerçay” Vətən uğrunda şərəflə döyüşmüş şəxslərin  tanıdılması və təbliği məqsədilə “Doğma qəhramanlar” layihəsini təqdim edib. Rəşadətli ordumuzun zəfər yoluna həsr olunmuş layihə çərçivəsində Vətənimizin bütövlüyü uğrunda döyüşmüş Zakir Babayev, Ruhin Mikayılov, Amin Musayev və Tərlan Həsənovun iştirakı ilə videoçarxlar hazırlanıb. Vətənimizin bütövlüyü uğrunda döyüşmüş qəhramanlar zəfərə gedən şərəfli yol barədə xatirələrini bölüşüblər.

Qeyd edək ki, dünyanın 40-dan artıq ölkəsində “Made in Azerbaijan” yazısını  üzərində daşıyaraq ölkəmizi layiqincə təmsil etməkdən qürur duyan “Azerçay” bu istiqamətdə silsilə layihələr reallaşdırmağa davam edəcək.

Videoları “Azerçay” markasının yutub kanalına daxil olaraq izləyə bilərsiniz:

Zakir Babayev: https://www.youtube.com/watch?v=UhkGHVnNU3A

Ruhin Mikayılov: https://www.youtube.com/watch?v=mallJirgK6s

Tərlan Həsənov: https://www.youtube.com/watch?v=KJ_wP9N5eCY

Amin Musayev: https://www.youtube.com/watch?v=2pkQq0EtC38