Azercell artıq Lerikdə

azercell-artiq-lerikde-
Oxunma sayı: 1051


“Qafqazinfo” xəbər verir ki, Lerik şəhəri, Nizami küçəsində yerləşən ofisdə abunəçilər eyni anda 3 növ xidmətdən yararlana biləcəklər. Yeni açılan AzEks ofisi Lerik sakinlərinin etibarlı rabitə ilə yanaşı, həm də rahat müştəri xidmətlərindən yararlanmasına şərait yaradacaq.

Şəbəkəsini və əhatə dairəsini genişləndirən Azercell-in hal-hazırda Bakıda 19, regionlarda isə 30 Ekspres Ofisi fəaliyyət göstərir. Bundan əlavə Azercell-in Bakı şəhərində 4, bölgələrdə isə 6 Müştəri Xidməti mövcuddur.

Qeyd edək ki, Azercell şirkəti bölgələrdə mobil rabitənin inkişafı və genişləndirilməsi strategiyası çərçivəsində yeni AzEks ofisləri ilə yanaşı, eyni zamanda sırf regionlar üçün nəzərdə tutulmuş bir sıra kampaniya və məhsulları da abunəçilərinin ixtiyarına verir. Belə ki, 06.07.2014-15.12.2014-cü il tarixlərində Cəlilabad, Masallı və Lerik rayonlarında nömrəsini Azercell şəbəkəsinə daşıyan Fakturasız Xətt abunəçiləri və əvvəlcədən müəyyən olunmuş mövcud və yeni təsis fakturasız xətt nömrələri üçün “Regional kampaniya” keçirilir. Bu kampaniya 3 mikrokampaniyadan ibarət olacaq. “Azercellə gəl - 1 yuklə , 3 al” kampaniyası çərçivəsində, abunəçilər 30 iyun 2015-ci il tarixinədək yüklədikləri hər hansı danışıq kartı məbləğinin 2 mislini bonus şəklində Azercell-dən hədiyyə alacaqlar. Bonus məbləği şəbəkədaxili zənglər (qısa nömrələrə və rominq xidməti çərçivəsində edilən zənglər istisna olmaqla), ölkədaxili SMS və İnternet üçün 30 gün ərzində istifadə edilə bilər. “Azercell-dən 10 dəqiqə hədiyyə kampaniyası” zamanı isə abunəçilər 2662 qısa nömrəsinə “hediyye”, “podarok”, present” sözlərindən birini və ya “ ” göndərməklə, növbəti günün sonuna qədər (00:00) pulsuz 10 dəqiqə danışıq imkanı əldə etmiş olacaqlar. Bonus dəqiqələrini şəbəkədaxili zənglər (qısa nömrələrə və rominq xidməti çərçivəsində edilən zənglər istisna olmaqla) üçün istifadə etmək mümkündür. “3 AZN və daha artıq yüklə - 24 saat pulsuz danış” kampaniyasına qoşulan abunəçilər isə ən azı 3 AZN və daha artıq nominalda kart yükləməklə, 24 saat pulsuz danışıq əldə edəcəklər. Bonus dəqiqələrini, yükləmə etdikdən sonra, 24 saat ərzində şəbəkədaxili (qısa nömrələrə və rominq xidməti çərçivəsində edilən zənglər istisna olmaqla) zənglərə istifadə etmək mümkündür.