Azercell-dən Ramazan bayramı hədiyyəsi

azercell-den-ramazan-bayrami-hediyyesi
Oxunma sayı: 651

Azercell Telekom MMC Ramazan ayı münasibətilə abonetləri üçün yeni kampaniyaya start verir. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, 17 iyul – 21 avqust 2012-ci il tarixlərini əhatə edəcək Ramazan kampaniyası çərçıvəsində Azercell abonetləri daha sərfəli tariflə ünsiyyət quracaqlar.
Belə ki, bu müddət ərzində 5 AZN və ya daha yüksək nominalda kart yükləyən bütün Azercell Fakturasız Xətt abonentləri ölkədaxili 1 dəqiqə=5 qəpik tarifi ilə danışacaqlar.

Qeyd edək ki, kampaniya çərçivəsində verilən tarif yalnız 21.08.2012 tarixinədək etibarlıdır. Tarif yalnız ölkədaxili zənglər üçün istifadə edilə bilər. 1 dəqiqə=5 qəpik tarifi üzrə hesablama intrevalı 10 saniyədir. GəncSim abonentləri bu kampaniyada iştirak edir və kampaniya çərçivəsində bu abonentlər 3-cü dəqiqədən sonra pulsuz danışır. Bölgə tarifində olan abonentlər də bu kampaniyadan yararlana bilər. Kampaniyadan istifadəni dayandırmaq üçün 1010 qısa nömrəsinə boş SMS göndərmək lazımdır.

Nigar