Azercell Gümüş Sertifikata layiq görülüb

azercell-gumus-sertifikata-layiq-gorulub-
Oxunma sayı: 635

MDB ölkələri və ən önəmlisi beynəlxalq telekommunikasiya təşkilatları arasında Azercell Telekom Gümüş sertifikatını qazanan ilk şirkətdir.
Azercell-dən “Qafqazinfo”ya verilən məlumata görə, İnsana Sərmayə Standartının müxtəlif nominasiyalar üzrə sertifikatları bütün dünyada International Quality Center (IQC) tərəfindən tanınan ekspertlərin tədqiqatları əsasında təqdim edir.

Bu beynəlxalq standart işçilərin şirkət strategiyasının təyin edilməsi və goyduğu hədəflərə nail olması, işçilərin rolu ve onların qərarvermə prosesinə cəlb edilməsi, şirkətin intellektual mülkiyyətinin inkişafı və inkişaf strategiyasının şirkət strategiyasına uyğunluğu, liderlik inkişafı platformasının qurulması, sosial məsuliyyət və s. kimi proseslərə əməkdaşların birbaşa cəlb olunması, əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi və tanınması kimi göstəriciləri ölçür və qiymətləndirir. IIP Standartı ilə işləyən şirkətlər hər 3 ildən bir yenidən sertifikasiyadan keçir.

Məlumat üçün bildirək ki, bu standard 1992-ci ildə İngiltərədə yaradılıb və hal hazırda Gümüş sertifikat İngiltərə şirkətləri istisna olmaqla dünyada yalnız 19 beynəlxalq şirkətdə mövcuddur. Məlumat üçün onu da qeyd edək ki, Azercell ilk dəfə Beynəlxalq Standart Sertifikatına 2006-cı ildə layiq görülüb.

Nigar Məmmədli