Azercell HP-nin sertifikatına layiq görülüb

Azercell HP-nin sertifikatına layiq görülüb
Oxunma sayı: 317

Azercell-dən “Qafqazinfo”ya verilən məlumata görə, həmin mükafat şirkətin təsis etdiyi İT Club tərəfindən müxtəlif texniki həllər təqdim edən əməkdaş şirkətlərə verilir. HP-nin İT Club-u Azərbaycanda 2 ildir ki, fəaliyyət götərir və bu klubda İnformasiya Texnologiyaları üzrə mütəxəssislər bir araya gələrək İT sahəsində önəmli olan həlləri nəzərdən keçirirlər. Beləliklə, 2012-ci ildə Azercell Telekom MMC təqdim etdiyi “Converged Infrastructure Solution” texniki həllinə görə HP şirkətinin xüsusi sertifikatına layiq görülüb. Belə ki, HP-nin təqdim etdiyi texniki həllərdən istifadə edərək Azercell-in İT mütəxəssisləri müxtəlif mürəkkəb texniki əməliyyatları həyata keçirməyə imkan verən unikalsistem işləyib hazırlayıblar. HP–nin bir qrup serveri olan Bleyd serverləri üzərində müəyyən həllər düşünülərək bir neçə serverin üzərində ümumi bir proqram təminatı hazırlanıb, bunun vasitəsilə bütün resurları bir istiqamətə yönləndirmək mümkün olub. Azercell-in təqdim etdiyi digər texniki həll isə daha qlobaldır: şirkətin strategiyasını əldə edəcək hesabatları, çox vacib maliyyə hesabatları və bir qrup ümumi hesabatları təmin edən Data Warehouse adlanan bir verilənlər bazası mövcuddur ki, Azercell mütəxəssisləri HP Superdome2 serveri və XP24000 SAN əsasında Data Warehouse həllini tətbiq edə bilmişdir. Bunun nəticəsində alınan performans digər Data Warehouse həllərindən daha yüksək səviyyəyə çatmışdır. Həmçinin, HP Blade serverləri üzərində Oracle RAC texnologiyasını tətbiq edilmiş və testlər göstərmişdir ki, əldə olunan performans göstəriciləri SUN blade serverlər üzərində qurulan Oracle RAC sistemlərindən daha yüksəkdir.

Nigar


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi