Azercell ilə həyat daha da asanlaşır

azercell-ile-heyat-daha-da-asanlasir-
Oxunma sayı: 634




Bu gün Bakıda “Asan imza-elektron hökumətin açarıdır” mövzusunda geniş konfrans baş tutub. Vergilər Nazirliyinin təşəbbüsü ilə keçirilən tədbirdə nazir Fazil Məmmədov, Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və digərləri iştirak ediblər.

Tədbirdə “Azercell Telekom” MMC-nin prezidenti Kiri Qaburiç çıxış edib. Cənab Qaburiç mobil imzanın üstünlüklərini qeyd etməklə yanaşı, Azercell-in bu sahədə təklif etdiyi xidmətlər, həmçinin əldə olunan nailiyyətlər barəsində söz açıb. Konfransda Azercell-in də aid olduğu TeliaSonera Eurasia şirkətinin vitse-prezidenti Tonu Grunberg də məruzəsini iştirakçıların diqqətinə çatdırıb. “Asan İmzanın inkişafı – şimaldan cənuba qədər” mövzusundakı çıxışında vitse-prezident təklif olunan unikal xidmət olduğunu bildirib.

Konfransda həmçinin elektron xidmətlərin inkişafında asan imzanın rolu, mobil hökumətin inkişafı baxımından önəmi, sahibkarlığın inkişafında dəstəyi, nağdsız ödənişlərin stimullaşdırılmasında Asan İmzanın rolu və digər mövzularda müzakirələr aparılıb. Tədbirdə dövlət orqanları, maliyyə təşkilatları, İKT qurumları və mobil operator təmsilçiləri iştirak ediblər.