“Azercell” “İlin şirkəti” seçildi

azercell-ilin-sirketi-secildi
Oxunma sayı: 668

Azercell Telekom MMC “Consulting and Business” jurnalının təsis etdiyi “İlin Şirkəti” Milli Biznes Mükafatına layiq görülüb. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, Azercell Azərbaycanda Telekommunikasiya sahəsinin inkişafında həyata keçirdiyi təşəbbüslərinə görə sözügedən mükafatla təltif olunub. Mükafatın təqdimetmə mərasimi oktyabrın 28-də Buta Palace-da baş tutub.

Azercell adından mükafatı şirkətin Müştərilərlə Əlaqələr Departamentinin direktoru Ruhiyyə Əliyeva qəbul edərək Azercell-in “İlin Şirkəti” adına layiq görülməsindən olduqca məmnun olduğunu bildirib. R. Əliyeva Azercell Telekom-un uğurlu fəaliyyətinin nəticəsi kimi, şirkətin bir sıra beynəlxalq mükafatlara layiq görüldüyünü də vurğulayıb: “Bunların içərisində, Avropa Biznes Asosiasiyasının təqdim etdiyi Ən Qabaqcıl Telekom şirkəti nominasiyasında mükafatı, Oxford Liderlər Sammitində təqdim olunan Socrates və Sosial Məsuliyyət sahəsində yenicə aldığımız Stievie mükafatlarını qeyd etmək istərdim”.


Məlumat üçün bildirək ki, “İlin Şirkəti” Milli Mükafatını MINIMAX MEDIA HOLDING tərəfindən nəşr olunan aylıq “Consulting & Business” aparıcı analitik informasiya jurnalı 2006-cı ildə təsis edib. Mükafat hər il ölkənin ayrı-ayrı sahələri üzrə fərqlənən və uğur qazanan şirkətlərə təqdim olunur.