Azercell-in “Karbon Kalkulyatoru” bir ili başa vurdu

azercell-in-karbon-kalkulyatoru-bir-ili-basa-vurdu
Oxunma sayı: 641

Kimya terminlərində danışsaq, karbon adlı qazın tərkibində iki oksigen atomu və bir karbon artomu var. Əslində, karbon Yer üzündəki həyatın təməlini təşkil edən əsas elementlərdən biridir. Bu element dəniz suları, bitkilər, ətrafımızdakı ağacların tərkibində, bir sözlə bütün canlı aləmdə mövcuddur. Bitkilərin böyüməsinə karbon gərəkdir.Bu element bitkilərlə qidalanan heyvanların orqanizminə keçir. Bitkilər və heyvanlar öləndə isə karbon onlardan torpağa qayıdır. Bu karbonun müəyyən hissəsi yerin dərinliklərində yığılaraq milyonlarla illər ərzində hamımızın, misal üçün, kömür və neft kimi tanıdığı qazıntı, yəni mədən yanacağına çevrilir.
Planetimizin mövcudluğu ərzində karbon qazının atmosferdə miqdarı cüzi olub. Məsələn, sənaye inqilabı dövründə atmosferdəki hər milyon hissəcikdən yalnız 280-ni karbon qazının payına düşüb. O vaxtlardan bəri, atmosferdə karbon qazının miqdarı kəskin surətdə artıb. İndiki dövrdə mədən yancağınını istifadə edilməsi üstəgəl meşələrin qırılması üzündən atmosferdə hər milyon hissəcikdən 380-dən çoxu karbon qazının payına düşür. Proqnozlara görə, 20 ildən sonra bu rəqəm 450-yə qədər artacaq. Bütün bunların nəticəsi kimi, yer üzündə orta temperatur sürətlə artır, yəni Yer Kürəsi getdikcə istiləşir.

Bir il öncə, 2011-ci ilin oktyabrında Azercell Azərbaycanda ilk dəfə olaraq atmosferə ifraz olunan karbon qazının miqdarını ölçməyə imkan verən unikal “Karbon Kalkulyatoru” layihəsini həyata keçirdi. Şirkətin ətraf mühitin müdafiəsi sahəsində ən unikal təşəbbüslərindən olan “Karbon kalkulyatoru”ndan Azərbaycanda ilk dəfə, yalnız Azercell abonentləri istifadə edə və atmosferə ifraz olunan karbon qazının miqdarını ölçə bildilər. “Karbon Kalkulyatoru” adlı layihəni yaratmaqda şirkətin məqsədi ətraf mühitin müdafiəsi ilə bağlı maarifləndirməni gücləndirmək, həmçinin yer kürəsində iqlim dəyişikliyinin qarşısının alınmasına yardımçı olmaq idi.
Azercell-in bu təşəbbüsü planetimizdə ekoloji durumun mənfi istiqamətə yönəlməsinin qarşısının alınmasına verilən bir töhfə oldu. Ən əsası isə odur ki, bu layihənin iştirakçısı olan vətəndaşlar həyatlarının ətraf mühitə nə cür təsir etdiklərini bilməklə yanaşı, bu təsirə nəzarət edə və onu müsbət
Bir daha xatırladaq ki, Azercell qlobal iqlim dəyişikliyinin qarşısını almaq məqsədilə bu cür unikal təşəbbüslə çıxış edən ilk Azərbaycan şirkətidir.
Belə ki, kalkulyator işə salındığı zamandan 46 ölkədən 4505 istifadəçi Azercell-in rəsmi saytına daxil olaraq ondan yararlana biliblər. Bu da onu göstərir ki, tək Azercell əməkdaşları və abonentləri yox, həmçinin, bütün Azərbaycan və xarici ölkələrin vətəndaşları istənilən yerdə olarkən gündəlik həyatda Karbon Kalkulyatorundan istifadə edərək, atmosferə ifraz olunan karbon qazının miqdarını hesablaya bilirlər. Bu isə, hər bir kəsə ətraf mühitə hansı dərəcədə təsir göstərdiyini aydın şəkildə görməyə və izləməyə imkan verir. Bu layihə çərçivəsində hər bir azərbaycanlıya qlobal iqlim dəyişikliyinə öz təsirini azaltmaq, ətraf mühitə qarşı zərərsiz tərzdə davranmaq üçün müxtəlif variantlar təklif olunur. Bundan əlavə, Kalkulyator hər bir istifadəçi üçün fərdi karbon azaltma planını yaratmasına imkan verir.

Ətraf mühitin müdafiəsi məsələsi daim Azercell-in diqqət mərkəzindədir. Şirkət alternativ enerji mənbəyi ilə işləyən ilk radio baza stansiyasını işə salan ilk mobil operator olub. 2009-cu ildə istismara verilən və Şahdağda yerləşən bu stansiya günəş və külək enerjisindən istifadə etməklə fəaliyyət göstərir. Bundan əlavə, şirkətin göstərdiyi mobil rabitə xidmətləri nəqliyyat və çap işlərini əvəzləməkdə yardım edir ki, bu da ölkədə ekoloji durumun yaxşılaşdırılmasına səbəb olur. Bu baxımdan, “Karbon Kalkulyatoru” layihəsini də Azercell-in ətraf mühitə münasibətdə nümayiş etdirdiyi diqqətin göstəricisi kimi qiymətləndirmək olar.

“Karbon kalkulyatoru”na görə Azercell-ə beynəlxalq mükafat

Yeri gəlmişkən qeyd edək ki, 2012-ci ilin iyulunda Azercell Telekom şirkətinin aldığı beynəlxalq mükafatların siyahısına biri də əlavə olundu. Azərbaycanın ən qabaqcıl telekommunikasiya şirkəti artıq ikinci dəfədir ki, nüfuzlu Beynəlxalq Biznes Mükafatına (İnternational Business Awards - Stevie) layiq görüldü. Bu dəfə Azercell Azərbaycanda reallaşdırılan maraqlı və önəmli sosial məsuliyyət layihəsi olan “Karbon kalkulyatoru”na görə Bürünc mükafatın sahibi oldu.
Ümumilikdə 50 ölkədən müxtəlif şirkət və fərdi şəxslərdən 3200 müraciətin daxil olduğu mükafatın yekun seçim mərhələsində şirkətin “Yeni nəslin Karbon Kalkulyatoru” nominasiyası mükafat qazandı.

Bəs, siz, atmosferə nə qədər karbon qazı ifraz edirsiniz?!
Azercell-in saytında yer alan “Karbon kalkulyatoru” layihəsinin köməyilə hər bir şəxs qlobal iqlim dəyişikliyinə öz təsirini azaltmaq, ətraf mühitə qarşı zərərsiz tərzdə davranmaq üçün müxtəlif tövsiyələr tapa bilər.
Bundan əlavə, Kalkulyator hər bir istifadəçi üçün fərdi karbon azaltma planının yaratmasına imkan verir.
Gündəlik fəaliyyətləri zamanı atmosferə hansı həcmdə karbon qazının ifraz olunduğunu hesablamaq istəyənlər, Azercell şirkətinin rəsmi saytındakı bu linkə: http://www.azercell.com/carbon/ daxil olaraq, həmin məlumatı əldə edə bilərlər.