İnsana Sərmayə Standartının nümayəndələri nominasiyaları bütün dünyada “International Quality Center” (İQC) (Beynəlxalq keyfiyyət Mərkəzi) tərəfindən qeydə alınan IIP məsləhətçilərinin tədqiqatları əsasında tədqim edir. Təşkilatın standartın tələblərinə uyğun olub-olmamadığını IQC-nin komissiyası müəyyənləşdirir.
Azercell Telekomda Resertifikatsiya prosesi zamanı bir çox işlər həyata keçirilib. IIP məsləhətçisi şirkət əməkdaşları ilə təkbətək müsahibələr keçirib. Müsahibələr həm üzbəüz görüşlər, həm e-mail şəklində, həmçinin də bölgələrdə çalışan işçilər ilə telefon vasitəsilə həyata keçirilib. Bu dəfə IIP standartının 126 meyarından 94-ü uğurla dəyərləndirilib. Keçirilən müsahibələrdə 61 Azercell işçisi iştirak etmişdir.
Bu beynəlxalq Standart işçilərin şirkət strategiyasının təyin edilməsi və qarşısına qoyduğu hədəflərə nail olması, qabaqcıl İnsan Qaynaqları prosesləri və onların şirkət strategiyasına bağlılığı, işçilərin rolu ve onların qərar vermə və s. kimi proseslərə cəlb edilməsi, şirkətin intellektual mülkiyyətinin inkişafı və inkişaf strategiyasının şirkət strategiyasına uyğunluğu, liderlik inkişafı platformasının qurulması, sosial məsuliyyət, əməkdaşların fəaliyyətinin ölçülməsi kimi göstəriciləri dəyərləndirir. IIP Standartı ilə işləyən şirkətlər hər 3 ildən bir sertifikasiya mərhələsindən keçir.
IIP Standartının resertifikasiya mərhələsini uğurla keçərək Azercell şirkəti digər sahələrdə olduğu kimi, İnsan Qaynaqları sahəsində də uğurlu fəaliyyət modelini nümayiş etdirdiyini bird daha təsdiqlədi.
Son xəbərlər
Son Xəbərlər