“Azercell” “Təhlükəsiz internet” layihəsi ilə Naxçıvanda! - Fotolar

azercell-tehlukesiz-internet-layihesi-ile-naxcivanda
Oxunma sayı: 1055

Layihə əhalinin internetdəki təhdidlər barədə məlumatlılıq səviyyəsini artırmağa kömək edir

Ölkənin lider mobil operatoru Azercell-in və “GİD CSR Consulting”in tərəfdaşlığı, həmçinin Naxçıvan MR Təhsil Nazirliyinin dəstəyi ilə Naxçıvan şəhərində “Təhlükəsiz internet” layihəsi baş tutdu. Layihə çərçivəsində şagird və kursantlar üçün maarifləndirici dərs keçirildi. Naxçıvan məktəbliləri onlayn təhdid və təhlükələr barədə, həmçinin onlarla mübarizə yolları haqqında məlumatlar əldə etdilər.

Sertifikatlaşdırılmış beynəlxalq təhlükəsizlik məktəbinin proqramı əsasında keçirilən dərsdə iştirakçılar aşağıdakı mövzularla tanış oldular:

· virtual tanışların yoxlanılması;

· şəxsi məlumatların sosial şəbəkələrdə istifadəsi və qorunması;

· şəxsi məlumatların daxil edilməsini tələb edən müsabiqələrdə iştirakdan imtina;

· şəbəkədə fırıldaqçıları və cinayətkarlarının əsas hiylələri;

· trollinq, kiberbullinq (onlayn qısnama) və ya qeyri-münasib onlayn davranış hallarında kimə və ya hara müraciət etmək

“Təhlükəsiz internet” layihəsi çərçivəsində dərslər “GİD CSR Consulting”in peşəkar təlimçiləri tərəfindən aparılır. “Təhlükəsiz internet” layihəsində 300-dən çox şagird və 100-dən çox valideynin iştirakı nəzərdə tutulub.

 Qeyd edək ki, “Azercell” 2016-cı ildən mütəmadi olaraq internet təhlükəsizliyi haqqında maarifləndirici layihələr həyata keçirir. Bu illər ərzində müxtəlif yaşda olan 1500-dən çox internet istifadəçisi bu layihələrdən yararlanıb.

Layihə haqqında video materiala buradan baxa bilərsiz.