Azercell və Azersun-dan “Yaz payı”

azercell-ve-azersun-dan-yaz-payi-
Oxunma sayı: 642

Azercell-dən “Qafqazinfo”ya verilən məlumata görə, “Final çaydan yaz payı” adlanan kampaniya çərçivəsində abunəçilər hədiyyə olaraq danışıq dəqiqələri qazanacaqlar. 12.03.12-12.05.12 tarixləri arasında davam edəcək kampaniyaya qoşulmaq isə çox sadədir. Belə ki, Azercell abunəçiləri Azersun Holding-in istehsal etdiyi Final Best Blend, Pekoe, Earl Grey, Super Tea çay çeşidlərindən istənilən birini almaqla pulsuz dəqiqələrə sahib olurlar. Hər qrama uyğun olaraq qutu çayların içərisində dəqiqə hədiyyəli kuponlar var. Həmin bu kuponda olan xüsusi kodu 9119 göndərməklə 100 q çay paketi alan 2 dəqiqə, 250 q çay paketi alan 5 dəqiqə, 500 q çay paketi alan abunəçi isə Azercell-dən 12 dəqiqə hədiyyə qazanır. Məlumat üçün bildirək ki, 9119 qısa nömrəyə göndərilən bir sms dəyəri 0,01 AZN təşkil edir. Kampaniya bitdikdən sonra yalnız 90 gün ərzində qutuların daxilindəki kuponlar aktiv olacaq. Onu da qeyd edək ki, kampaniyada yalnız SimSim abunəçiləri iştirak edə bilər.

Nigar