“Azercell” və “Park Cinema”-dan əyləncə

azercell-ve-park-cinema-dan-eylence
Oxunma sayı: 646

Layihənin ilk tədbiri mayın 4-də təşkil edilib. Belə ki, maddi və sağlıq durumları ilə əlaqədar vaxtaşırı kinoya gedə bilməyən, əyləncədən kənarda qalan “Mushfig” Elil Usaqlara Yardim Ictimai Birliyinin 50 sakini Azercell şirkəti tərəfindən ayrılmış xüsusi avtobuslarla Park Cinema-ya gələrək 3D formatında maraqlı cizgi filmi izləyiblər. Əlbəttə ki, filmə baxışla yanaşı həm də qarğıdalı və sərinləşdirici içkilər də kinoteatr tərəfindən pulsuz olaraq təmin edilmişdir.

Uşaqlar arasında modern kinoteatr salonuna ilk dəfə ayaq basanları də olub. Kinoteatr müasir avadanlıqlarla təchiz edilmiş və ən əsası binada xüsusi dəstəyə ehtiyacı olan insanlar üçün olan arabaların maneəsiz hərəkəti üçün şərait yaradılmışdır.

Uşaqların dünyagörüşünün artırması və eləcə də özlərini cəmiyyətin tam hüquqlu üzvləri hesab etməsi məqsədini daşıyan layihə hər ay davam edəcəkdir. Növbəti aylarda digər uşaq evlərinin sakinləri, aztəminatlı ailələrin övladları üçün də pulsuz kino seanslarının təşkil edilməsi nəzərdə tutulur.