“Azercell” yeni stadionun açılışını etdi

azercell-yeni-stadionun-acilisini-etdi
Oxunma sayı: 626

“Qafqazinfo”ya daxil olan məlumata görə, açılış mərasimində şirkətin prezidenti Kiril Qaburiç, AFFA-nın baş katibi Elxan Məmmədov, “Neftçi” Peşəkar Futbol Klubunun rəhbərliyi və komandanın digər üzvləri iştirak ediblər. Yeni stadionun qırmızı lenti Kiril Qaburiç və Elxan Məmmədov tərəfindən kəsilib. Açılışdan sonra stadionda Azercell-in komandası ilə “Neftçi” klubunun üzvləri arasında qısa oyun keçirilib.

Mərasimdən öncə Azercell-in baş ofisində şirkətin prezidenti Kiril Qaburiçlə “Neftçi” PFK-nın rəhbərliyi və üzvləri, tanınmış futbolçularla görüşü keçirilib. Görüş zamanı Azərbaycanda futbolun inkişafı, bu işdə özəl sektorun rolu haqqında fikir mübadiləsi aparılıb.

Özəl şirkətlər arasında Azercell futbolun inkişafına xüsusi diqqəti ilə fərqlənir. İndiyə kimi şirkətin korporativ müştəriləri, öz əməkdaşlarından ibarət komandaları, həmçinin uşaq futbol komandaları arasında müxtəlif yarışlar təşkil olunub. 2009-cu ildə “Azercell Telekom” MMC Türkiyə-Azərbaycan futbol komandaları arasında yoldaşlıq görüşünün keçirilməsinə dəstək verib. Azercell şirkəti futbol üzrə Azərbaycan milli yığma komandasının sponsorudur.