“Azercell”də problem yarandı - Yenilənib

azercellde-problem-yarandi
Oxunma sayı: 1125

Bu gün "Azercell" mobil operatorunun şəbəkəsində problem yaranıb.

“Qafqazinfo” Milli.az-a istinadən xəbər verir ki, artıq iki saata yaxındır ki, "Azercell"in interneti, saytı və müştəri xidmətləri işləmir.

Məsələ ilə əlaqədar "Azercell Telecom"un İctimaiyyətlə əlaqələr xidmətindən bildirilib ki, məsələ araşdırılacaq və bu barədə tezliklə məlumat veriləcək.

***

Məsələ ilə bağlı Azercell Telekom MMC-nin mətbuat xidməti açıqlama yayıb. Açıqlamada bildirilir: “Məlumat üçün bildiririk ki, 17.04.2017-ci il tarixində, saat 12:00-14:15 radələrində “Azercell Telekom” MMC-nin telekommunikasiya şəbəkəsindən istifadə edən bəzi nömrələrdə internet xidmətinin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkün idi. Yaranmış halın aradan qaldırlması üçün təcili tədbirlər görülüb və qısa müddət ərzində bu istiqamətdə tam normal əsaslarla xidmət göstərilməsi imkanı təmin edilib”.