Azercelldən 50 faiz endirim

azercellden-50-faiz-endirim
Oxunma sayı: 652

Azercell Telekom MMC şəbəkəxarici zənglərə endirim kampaniyasına başlayıb. Şirkətdən “Qafqazinfo”ya daxil olan məlumata görə, indi Azercell abunəçiləri şəbəkəxarici zəngləri 50% endirimlə danışacaqlar. Sözügedən kampaniyadan həm SimSim, həm də Azercell Fakturarlı Xətt abonetləri yararlana biləcəklər.

16 noyabrdan 20 dekabr 2012-ci il tarixinə qədər davam edəcək kampaniyaya abunəçilər avtomatik qoşulacaq. Abunəçilər şəbəkəxarici 50% endirim kampaniyasından yalnız ölkədaxili zənglər üçün istifadə edə biləcəklər. Eyni zamanda GəncSim və Bölgə tarifində olan abunəçilər də avtomatik olaraq bu kampaniyada iştirak edəcəklər. “Tələbə 1-liyi” tarifindən istifadə edən abunəçilər bu kampaniyadan yararlana bilməyəcəklər.

Azercell Telekom bu ilin sonuna qədər sərfəli endirim kampaniyaları və yeni tarif paketləri ilə abonetlərini sevindirməkdə davam edəcək.