“Azercell”dən abunəçilərinə xəbərdarlıq

“Azercell”dən abunəçilərinə xəbərdarlıq
Oxunma sayı: 6444

“Azercell” abunəçilərini  “Whatsapp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya verməməyə çağırıb.

“Qafqazinfo” xəbər verir ki, şirkət müvafiq məzmunların onlara heç bir aidiyyatı olmadığını bildirib.

 Yarana biləcək  əlavə xərclərin qarşısını almaq üçün “Azercell Telekom” öz abunəçilərinə şübhəli zənglərə və SMS-lərə reaksiya verməməyi, eləcə də belə internet saytlardan istifadə etməməyi, həmçinin  istifadə edilən cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməyi, telefonların nəzarətsiz qalamamasını, xidmətlərdən istifadə ilə əlaqədar əldə edilən şifrəni 3-cü şəxslərə bildirməməyi, şübhəli məzmunlu  müxtəlif oyun, yarışma və sairlərdən yararlanmamağı tövsiyə edir.