“Azercell”dən Cəlilabaddakı mobil rabitə xidmətlərindəki çətinliklə bağlı açıqlama

azercellden-celilabaddaki-mobil-rabite-xidmetlerindeki-cetinlikle-bagli-aciqlama
Oxunma sayı: 1338

Bu gün Cəlilabad rayonunun bəzi ərazilərində mobil rabitə xidmətlərindən istifadə zamanı abunəçilər müvəqqəti çətinliklərlə qarşılaşa bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azercell”in yaydığı məlumatda deyilir.

“Azercell Telekom” MMC-dən asılı olmayan səbəblərdən yaranmış narahatlığa görə təəssüf edirik. Sözügedən ərazidə telekommunikasiya şəbəkəsinin fəaliyyətini təmin edən fiberoptik kabel zədələnib. Buna görə də onun hissələrinin bərpa edilməsi üçün texniki komandamız tərəfindən təcili tədbirlər görülür. Xidmətlərdən tam normal əsaslarla istifadə imkanı tez bir zamanda təmin ediləcək”, - məlumatda qeyd olunur.