Azercelldən daha sərfəli danışıq paketi

azercellden-daha-serfeli-danisiq-paketi
Oxunma sayı: 683



“Azercell” fakturalı xətt abunəçiləri üçün yeni danışıq paketlərini istifadəyə verib. İndi fakturalı xətt abunəçiləri 200, 400, 600 dəqiqəlik paketləri sifariş verməklə, daha sərfəli danışa bilərlər – şəbəkədaxili zəngin 1 dəqiqəsini cəmi 5 qəpiyə. Belə ki, abunəçilər 10 AZN müqabilində 200, 20 AZN müqabilində 400, 30 AZN müqabilində isə 600 şəbəkədaxili dəqiqələr əldə edə bilərlər.

Qeyd edək ki, danışıq paketlərini yalnız korporativ paketlərdən istifade etməyən fiziki Fakturalı Xətt (Bizimkilər, Biznes 200 və Hər Yerə tarif paketləri) abunəçiləri sifariş edə bilər. Danışıq paketlərini sifariş etmək üçün abunəçilər müvafiq paketin adını (200, 400 və ya 600) yazıb 8888 qısa nömrəsinə göndərməlidir. 8888-e göndərilən 1 SMS-in qiyməti 0.01 AZN-dir. Paketdən imtina etmək üçün abunəçi 8888-e STOP yazıb göndərə bilər. Onu da bildirək ki, danışıq paketlərində təqdim olunan dəqiqələrin rouminq zəngləri, video zənglər və qısa nömrələrə edilən zənglər üçün istifadə edilə bilməz. Eyni zamanda abunəçi fakturalı xəttdən fakturasız xəttə keçdikdə onun cari paketdən istifadə etmək imkanı məhdudlaşdırılacaq.