Azercelldən möhtəşəm yay kampaniyası

azercellden-mohtesem-yay-kampaniyasi
Oxunma sayı: 643

YAY KAMPANİYASI adlanan yeni layihə Fakturasız xətt abonentlərinə ölkədaxili zənglərdə inanılmaz qiymətlərlə danışmağa və yazışmağa fürsət yaradacaq. Kampaniya bu gündən, 4 iyul 2011-ci il tarixindən start götürür. Azercell Telekom MMC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bir ay müddətinə nəzərdə tutulan YAY KAMPANİYASI çərçivəsində abonentlər ölkə daxili zənglərdə 1 dəqiqə üçün cəmi 3 qəpik ödəyəcəklər. Eyni istiqamətdə SMS-lərin qiyməti isə çox simvolikdir: CƏMİ 1 qəpik! Bununla yanaşı GəncSim tarif paketinin abonentləri 3-cü dəqiqədən sonra 40 dəqiqəyədək pulsuz danışmağa davam edəcəklər.

YAY KAMPANİYASI çərçivəsində nəzərdə tutulan bonuslar 10 manatlıq və daha çox nominalda kart yükləyəndən sonra veriləcək və 30 gün qüvvədə olacaq. Qeyd edək ki, yeni kampaniya çərçivəsində hesablaşma intervalı dəyişməz olaraq 10 saniyə təşkil edəcək.

Xatırladaq ki, Azercell Telekom 1 may 2011-ci il tarixindən manat hesablama sisteminə keçdi. Və həmin hesablama sisteminə keçərkən abonentlərə 9% - 59% endirimlər etdi. Məsələn şəbəkədaxili zənglərdə “Hər Yerə” tariff paketi üzrə güzəşt 9 faiz, “Bizimkilər”də isə 13 faiz endirim nəzərdə tutulub. Şəbəkəxarici zənglərdə isə endirim daha çox edilib. “Hər yerə” abonentləri indi 57 faiz, “Bizimkilər” isə 59 faiz ucuz danışa biləcəklər. Belə ki, 1 dəq. şəbəkədaxili zənglər üçün “Bizimkilər” (köhnə adı SuperBizdənBizə) abonentləri əvvəllər 34 qəpik ödəyirdilərsə , indi cəmi 14 qəpik ödəyəyəcəklər. “Hər Yerə” (köhnə adı “BizdənBizə”) abonentləri isə bu istiqamətdə 23 qəpik əvəzinə, indi cəmi 10 qəpik ödəyirlər.

Nigar Məmmədli