“Azercell”i talan etdilər

azercelli-talan-etdiler
Oxunma sayı: 689

Məlumata görə, "Azercell"in rəsmi distribüterləri Namiq Hüseynov və Bayram Bayramov şirkətin Nərimanov rayonundakı ofisindən çıxaraq özlərinə məxsus "VAZ-2107" markalı avtomobillə Atatürk prospekti ilə hərəkət ediblər.

Avtomobil işıqforda dayanarkən naməlum sürücünün idarə etdiyi ağ rəngli "VAZ 2107" markalı maşından düşən 3 nəfər şəxs onlara silahlı hücum edib.

Həmin şəxslərdən biri Hüseynova bıçaq xəsarəti yetirib. Bayramovun isə üzünə qaz vuraraq avtomobildəki 34 min manat pulu aparıblar.

Pul "Azərcell"ə məxsus olub.

Cinayəti törədən şəxslərin müəyyənləşib tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin quldurluq (181) maddəsi ilə cinayət işi başlanıb.