Azerconnect şirkəti Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə 5 milyon türk lirəsi dəstək göstərib.
Dəstək Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) edilib.
Dəhşətli zəlzələdə həyatını itirənlərə rəhmət, yaxınlarına başsağlığı, xəsarət alanlara isə şəfa diləyirik. Türkiyənin bu faciənin fəsadlarını ən qısa zamanda aradan qaldıracağına inanırıq!
Qeyd edək ki, Azerconnect şirkəti NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Son xəbərlər
Son Xəbərlər