"Azərdəmiryol" QSC-nə məxsus elektrovoz yanıb.
“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağdaş rayonu, Ləki dəmiryol stansiyasında "Azərdəmiryol" QSC-nə məxsus Gəncə-Bakı istiqamətində hərəkətdə olan yükdaşıyan elektrovozun mühərrikində elektrik avadanlıqları yanıb.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Elektrovozun qalan hissəsi yanğından mühafizə olunub.
Son xəbərlər
Son Xəbərlər