Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı olaraq “AzərEnerji” Mingəçevirdəki “Azərbaycan” İES-də geniş tədbir keçirib.
“AzərEnerji”dən “Qafqazinfo”ya verilən məlumata görə, daha sonra Ulu Öndərin Azərbaycan elektroenergetika sahəsində həyata keçirdiyi misilsiz fəaliyyətinə həsr olunan sərgi nümayiş olunub.
Qeyd edək ki, Ulu Öndərin təşəbbüsü ilə tikilən 2400 meqavatlıq “Azərbaycan” İES Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə tam yenidən qurulub və tədbirin əsas hissəsi də yenidənqurmadan sonra yeni tikilən İdarəetmə Mərkəzinin akt zalında keçirilib. Tədbirin əvvəlində ulu öndər Heydər Əliyevin, görkəmili oftalmoloq Zərifə xanım Əliyeva və Vətən müharibəsi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səslənib.
Sonra Ulu Öndərin elektroenergetika sahəsində gördüyü işlərə dair “Azərenerji” tərəfindən hazırlanmış film nümayiş olunub.
“Heydər Əliyevin milli energetika siyasəti və müasir transformasiyalar” mövzusunda keçirilən konfransda “AzərEnerji” nümayəndələri, akademik və professorlar, Mingəçevir şəhər rəhbərliyi, millət vəkilləri, müharibə veteranları da çıxışlar edib və Ulu Öndərin həyata keçirdiyi uğurlu fəaliyyətindən danışıblar.
Tədbirin sonunda 1981-ci il oktyabr ayının 20-də “Azərbaycan” İES-in açılış mərasimində iştirak edən və elektroenergetika sahəsində səmərəli fəaliyyət göstərən “Azərenerji”nin bir qrup əməkdaşına xatirə plakatlar təqdim olunub. Eyni zamanda qonaqlara ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilən və Cənab Prezidentin Sərəncamı ilə yenidən qurulan “Azərbaycan” İES haqqındakı “Bərpa olunan miras” kitabı təqdim edilib.



Son xəbərlər
Son Xəbərlər