“Azərenerji” köhnə ilin hesabatını verdi

azerenerji-kohne-ilin-hesabatini-verdi
Oxunma sayı: 652

“Azərenerji” ASC-nin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 2012-2013-cü illərin payız-qış mövsümünə hazırlıqla bağlı şəbəkələr üzrə ötən ilə nəzərdə tutulmuş tədbirlər yerinə yetirilib. Belə ki, 35-500 kV-lik elektrik verilişi xət¬ləri üzrə 1738 km-dən artıq hava xətti əsaslı təmir edilib. Təmir qrafiki çərçivəsində 29 minə yaxın izolyator, 56 ədəd dayaq dəyişdirilib, 168 ədəd dayaq təmir olunub, hava xətlərində digər zəruri təmir işləri aparılıb.
Yarımstansiyalarda planlaşdırılmış təmir işləri praktiki olaraq başa çatdırılıb. Təmir qrafikinə uyğun olaraq, 6 ədəd 220-500 kV-lik avtotransformator, 60 ədəd 35-110 kV-lik transformator, 293 ədəd yağ açarı, digər elektrik avadanlıqları əsaslı təmir olunub.
330 kV-lik “Gəncə”, “Ağstafa”, 220 kV-lik “Səngəçal”, “Sənaye Qovşağı” yarımstansiyalarında və 110 kV-lik 20 yarımstansiyada ümumilikdə 143 ədəd 110 kV-lik, 13 ədəd 220 kV-lik yağ açarları eleqaz açarları ilə əvəz edilib və 110 kV-lik 15 yarımstansiyada isə sabit cərəyan qurğuları yenisi ilə dəyişdirilib.
“2x180 MVA gücündə “Zabrat” yarımstansiyasının inşası, uzunluğu 25,5 km olan 220 kV-lik ikidövrəli “Şimal ES - Hövsan YS”, uzunluğu 68,6 km olan 220 kV-lik ikidövrəli “Şimal YS - Zabrat YS - Sumqayıt ES” HX-nin tikintisi” və “2x125 MVA gücündə 220 kV-lik “Ağdaş” yarımstansiyasının inşası, uzunluğu 223 km olan 220 kV-lik “Mingəçevir ES - Abşeron YS” hava xəttinin tikintisi” infrastruktur layihələri və “220 kV-lik “Müşfiq” YS-də 3-cü 250 MVA avtotransformatorun quraşdırılması” layihəsi üzrə tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir.

Elektrik enerjisinin Azərbaycandan Türkiyə vasitəsi ilə Avropa ölkələrinə ixrac etmək üçün “Azərbaycan - Gürcüstan - Türkiyə” enerji körpüsünün yaradılması layihəsi çərçivəsində uzunluğu 150 km 500 kV-lik “Muxranis-Vəli” hava xəttinin tam yenidənqurulması”, “500 kV-lik “Ab¬şeron” YS-də 3-cü 400 MVA avtotransformatorun quraşdırılması ilə YS-nin 330 kV-lik açıq paylayıcı quruluşunun (APQ) yenidən qurulması” layihələri üzrə işlər başa çatdırılıb.
330 kV “Gəncə” yarımstansiyasında 125 MVA avtomat transformatorun (AT) 250 MVA ilə, 330 kV-lik “İmişli” YS-də 125 MVA AT-nin 240 MVA ilə, Sumqayıt şəhərində 110 kV-lik “Kimyaçılar” YS-də 2-ci 60 MVA transformatorun 80 MVA ilə və Bakı şəhərinin enerji təchizatında müstəsna rolu olan 110 kV-lik “Binəqədi ” YS-də 2x40 MVA transformatorun 2x63 MVA ilə dəyişdirilməsi işləri yekunlaşıb.
Göstərilənlərlə yanaşı 110 kV-lik “135 saylı”, “İmişli”, “Alabaşlı”, “Beyləqan”, “Zəyəm”, “Səməd¬a¬bad”, “Tərtər”, “Sitalçay”, “Əmən¬kənd”, “Yenikənd”, “Çəmənli”, “Daşburun”, “Sabirabad”, “Yev¬lax”, “Ağcabədi” YS-lərdəki mövcud transformatorlar daha güclüləri ilə əvəz edilməklə, yarımstansiyaların gücləri artırılıb.
Həyata keçirilən bütün tədbirlər respublikanın daha da dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsini reallaşdıracaq.

Nigar Məmmədli