“AzərEnerji” və “Azərişıq” kollektivləri qanvermə aksiyasına qoşuldu - Fotolar

azerenerji-ve-azerisiq-kollektivleri-qanverme-aksiyasina-qosuldu
Oxunma sayı: 1317

“AzərEnerji” və “Azərişıq” kollektivləri Birinci vitse-prezident Mehriban Əliyevanın irəli sürdüyü xoş təşəbbüsə qoşularaq karantin rejimində qan ehtiyatı azalan talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan verirlər. 

“Qafqazinfo”ya daxil olan məlumata görə, qanvermə aksiyası karantim rejiminin tələblərinə uyğun olaraq xüsusi qrafiklə, kütləvilik yaratmadan həyata keçirilir və iki gün davam edəcək.