“Azərenerji” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbir iştirakçıları ilk növbədə Xocalı soyqırımını əks etdirən foto sərgi ilə tanış olublar. Daha sonra tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə çıxış edənlər Xocalı faciəsinin müharibələr tarixində bənzəri olmayan hadisə olduğunu, bu soyqırım aktı nəticəsində bəzi ailələrin bütünlüklə məhv edildiyini, mülki əhalinin görünməmiş qəddarlıqla qətlə yetirildiyini, əsir götürülənlərə amansız işgəncələr verildiyini bildiriblər. Xocalı soyqırımının dünyada tanıdılması üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə aparılan məqsədyönlü işlər də xüsusi qeyd edilib. Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş film nümayiş etdirilib.
Son xəbərlər
Son Xəbərlər