Azerfon və ip.access yerdə və havada GSM əlaqəni təmin edəcək

azerfon-ve-ipaccess-yerde-ve-havada-gsm-elaqeni-temin-edecek
Oxunma sayı: 678

Azerfon-dan “Qafqazinfo”ya verilən məlumata görə, bu tərəfdaşlıq, Azal şirkətinin ölkəyə gələn və ölkədən gedən hava reyslərinin sərnişinlərinə, təyyarənin bortunda quraşdırılmış Nar Mobile sistemindən istifadə etməklə, öz mobil telefonlarından zəng vurmaq və zəngləri qəbul etmək, SMS-xəbərlər göndərmək və veb-saytları nəzərdən keçirmək imkanı verəcək. Bu ilin əvvəlində elan edildiyi kimi, hava nəqliyyatında rabitə xidmətlərinin təmin olunması sahəsində liderlik edən provayder olan OnAir şirkəti Azerfon-u bu layihənin həyata keçirilməsi üçün texniki qərarlarla təmin edəcək.

İp.access şirkətinin prezidenti Saymon Braun, Azerfon şirkəti ilə olan tərəfdaşlığı haqqında bunları söyləyib: “Digər aviaşirkətlərlə uğurlu iş təcrübəsinin olması ip.access şirkətini, Azərbaycanda da bu sistemin quraşdırılması üçün təbii seçimə çevirdi. Bizim qərarlarımızın mahiyyəti və sistemimizin digər təchizatçıların sistemlərinə inteqrasiya olunmaq qabiliyyəti bu yeni xidmətlərin tətbiq edilməsini sürətləndirdi”.

Timuçin Kutar, Azerfon şirkətinin Baş Texniki Müdiri tərəfdaşların yerinə yetirdiyi işi və bu layihənin həyata keçirilməsi sürətini vurğulayıb. “Heydər Əliyev adına Hava limanı regionda ən çox sərnişin qəbul edən beynəlxalq hava limanlarından biridir, bu da onu tranzit sərnişinlərin köçürülməsi üçün önəmli bir məkan edir” – deyə cənab Kutar bildirib. “Bu layihəni tez bir zamanda həyata keçirməklə, ip.access bizə Azal şirkətlərinin təyyarələrində uçuş zamanı milyonlarla sərnişinlərə GSM uçuş xidmətlərini, səsli rabitənin, SMS, data qoşulmasını təqdim etməkdə yardım edəcək”.

Nigar