“Azeri Express” və “OBA” arasında memorandum imzalandı - Fotolar+Video

azeri-express-ve-oba-arasinda-memorandum-imzalandi
Oxunma sayı: 1453

“Azeri Express” və “OBA” marketlər şəbəkəsi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

"Qafqazinfo"  xəbər verir ki, ilkin mərhələdə əməkdaşlıq çərçivəsində paytaxt və bölgələrdə yerləşən 100-dən çox “OBA” filialında “Azeri Express”in lisenziyalı poçt məntəqələri öz yerini tutacaq. Bu məntəqələrin əsas məqsədi vətəndaşlardan əlavə olaraq sosial mediada onlayn mağaza işlədənlərin, karqo şirkətlərinin və alış-veriş platformalarının rahatlıqla öz müştərilərinə çatdırılma edə bilməsidir.

Hər iki şirkətin əsas hədəfi tezliklə bütün “OBA” marketlərində “Azeri Express” POÇT məntəqələrinin açılması və cəmiyyətimizə yüksək keyfiyyətli POÇT xidməti göstərə bilməkdir.