“Azeri Light” bahalaşır

azeri-light-bahalasir
Oxunma sayı: 1683

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti növbəti dəfə artıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,11 ABŞ dolları və ya 0,13% artaraq 85,12 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.