Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti 3 dollardan çox bahalaşıb.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,24 ABŞ dolları və ya 4,4% artaraq 76,77 ABŞ dollarına bərabər olub.
Xatırladaq ki, ötən gün neftimiz 73,63 ABŞ dollarına ticarət edilib.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.