“Azeri Light” neftinin qiyməti bahalaşıb

azeri-light-neftinin-qiymeti-bahalasib
Oxunma sayı: 1721

Azərbaycan neftinin qiyməti bahalaşıb.

"Qafqazinfo" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,45 dollar artaraq 69,67 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.