“Azeri Light”ın qiyməti 79 dollara düşdü

azeri-lightin-qiymeti-79-dollara-dusdu
Oxunma sayı: 550

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3.01 ABŞ dolları və ya 3.69% azalaraq 78.55 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən gün “Azeri Light” 81.56 ABŞ dollarına ticarət olunub.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.