“Azeri Light”ın qiyməti 84 dollara düşdü

azeri-lightin-qiymeti-84-dollara-dusdu
Oxunma sayı: 1092

Dünya bazarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,38 ABŞ dolları və ya 0,45% azalaraq, 84,02 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.