“Azeri Light”ın qiyməti 85 dolları ötdü

azeri-lightin-qiymeti-85-dollari-otdu
Oxunma sayı: 1069

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 2.59 ABŞ dolları və ya 3.14% artaraq 85.05 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.