Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.
"Qafqazinfo" xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan nefti 1 barelinin qiyməti 0,72 ABŞ dolları, yaxud 0,84 % artaraq 86,26 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dollar qeydə alınıb.
Son xəbərlər
Son Xəbərlər